XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020

Digər Xəbərlər

07 Fevral 2020 - 10:07

Tələbələrin köçürülməsi bu gün başa çatır –Təhsil Nazirliyi

Tələbələrin köçürülməsi üçün elektron sənəd qəbulu bu gün başa çatır.

Təhsil Nazirliyindən verilən xəbərə görə, prosesə fevralın 1-dən start verilib.

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə  həyata keçirilir.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyətə başlayan portal vasitəsilə 2019-cu ilədək ümumilikdə 5959 tələbənin köçürülməsi həyata keçirilib. 2016-cı ildə köçürülənlərin sayı 83, 2017-ci ildə 1333, 2018-ci ildə 1897, 2019-cu ildə isə 2646 nəfər təşkil edib.