XƏBƏR LENTİ

16 Fevral 2020
15 Fevral 2020

Digər Xəbərlər

07 Fevral 2020 - 11:51

Seçki günü təcili yardım gücləndirilmiş rejimdə işləyəcək –TƏBİB

Azərbaycanda fevralın 9-da keçirilməsi nəzərdə tutulan Parlament seçkilərində təcili yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

TƏBİB-dən verilən xəbərə görə, böyük seçki məntəqələrində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları işləyəcək. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bütün işçiləri iş başında olacaq. Cədvəllər tərtib olunub, dairə və məntəqə seçki komissiyalarında çalışanların, eləcə də vətəndaşların sağlamlığının qorunması, çağırışların dərhal icra olunması üçün operativ həkim briqadaları yaradılıb. Hər bir çağırışa çevik cavab veriləcək.