XƏBƏR LENTİ

24 Fevral 2020

Digər Xəbərlər

07 Fevral 2020 - 14:46

Deputatlığa namizədlərlə bağlı araşdırmalar aparılacaq –DİN məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı baş verən insidentlə bağlı araşdırma apracaq.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı Nazirlik tərəfindən araşdırmalara başlanılacaq.

Qeyd edək ki, fevralın 6-da 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd F.Ağamalının Salyan rayonunun Qarabağlı kəndində seçicilərlə görüşündə insident baş verib. F.Ağamalı deyib ki, deputatlığa namizəd Kamil Müsəvi müxtəlif bölgələrdən gətirdiyi insanlar ilə birlikdə aqressiv şəkildə üzərinə hücum edib. Sözügedən insidentin görüntüləri sosial şəbəkələrdə də yayılıb. /Report