XƏBƏR LENTİ

17 Fevral 2020
16 Fevral 2020

Digər Xəbərlər

07 Fevral 2020 - 17:04

“Namizədlərin polis orqanlarına çağırılması barədə yayılan xəbərlər əsassızdır” –DİN yayılan məlumatı təkzib etdi

Son günlər bir sıra kütləvi informasiya vasitələrində parlament seçkilərinə qatılan bəzi namizədlərin polis orqanlarına çağırılması barədə məlumatlar yayılır.

DİN-dən Strateq.az-a verilən məlumata görə, həmin iddiaların heç bir əsası yoxdur və bu, dezinformasiyadır. Polis, seçkiqabağı təşviqat prosesinin gedişinə müdaxilə etmir və qanunla da polisin siyasi fəaliyyətə müdaxiləsi qadağandır. Lakin ictimai qaydanı qorumaq, ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifəsidir. Daha bir vəzifəsi – kütləvi tədbirlər zamanı asayişin mühafizəsini həyata keçirməkdir.

Ona görə də, seçkiqabağı təşviqat prosesində ictimai qaydanı pozan hərəkətlərin qarşısı polis tərəfindən alınır və bu cür hallar üzrə araşdırma aparılır. Yalnız qeyd etdiyimiz əməllərlə əlaqədar, eləcə də namizədin seçicilərlə görüşünə mane olma, təşviqat-nəşr materiallarını qəsdən məhv etmə kimi hüquqpozma törətmiş şəxs polisə dəvət edilir, onunla profilaktik söhbətlər aparılır və ya məsələ qanunvericiliyə uyğun olaraq, rəsmiləşdirilir,. O cümlədən, protokol tərtib edilir, yaxud araşdırmaların nəticələri üzrə digər qərarlar qəbul olunur. Əgər qanun pozuntuları ilə bağlı polisin səlahiyyətlərinə aid olan məlumat deputatlığa namizəd tərəfindən daxil olubsa, bu halda da araşdırma aparılaraq, lazımi tədbirlər görülür və təşəbbüskar məlumatlandırılır.