XƏBƏR LENTİ

28 Fevral 2020

Digər Xəbərlər

07 Fevral 2020 - 17:59

İçərişəhərdə partlayış olub –7 nəfər xəsarət alıb

Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə partlayış olub.

Partlayış nəticəsində 7 nəfər yanıq xəsarətləri alıb.

Hadisə İlyas Əfəndiyev küçəsi 10 ünvanında baş verib.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildirilib ki, partlayışda xəsarət alan üç nəfər təcili yardım maşınının həkimlərinə təhvil verilib.

Qeyd edilib ki, yanıq xəsarətləri alan şəxslər Yanıq mərkəzinə aparılıb: “Digər yaralılar barədə məlumatımız yoxdur, çünki həkimləri yaxına buraxmırlar”.