XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

07 Fevral 2020 - 18:54

Nazir Vilayət Eyvazov Almaniyanın ölkəmizdəki səfirini qəbul edib –FOTO

Fevralın 7-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqi qəbul edib.

Daxili İşlər Nazirliyindən Strateq.az-a verilən məlumata görə, avropalı diplomatı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edən nazir V.Eyvazov ona fəaliyyətində uğurlar arzulayıb. Dostluq və işgüzar şəraitdə keçən görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib.