XƏBƏR LENTİ

07 Aprel 2020
06 Aprel 2020

Digər Xəbərlər

08 Fevral 2020 - 14:18

Bakıda və rayonlarda qar yağacaq – Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında sabah havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. 

Strateq.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu gecə və gündüz 0-3° isti, axşam 1° şaxta, Bakıda gecə və gündüz 0-2° isti, axşam 1° şaxta olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85% olacaq.

Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.