“Bu dəqiqələrdə də sosial şəbəkələrdə təşviqat aparılır. Biz bunu bilrik. Hətta 5 dekabrdan bu qanunsuzluq baş verir. Lakin bunun qabağını almaq mümkün deyil”.
Strateq.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, bütün dünyada sosial şəbəkələr həyatın vacib mərhələsi olub və heç bir dövlət burada gedən proseslərin qarşısını ala bilməyib: “Bunu heç almaq da mümkün deyil. Hazırda Seçki Məcəlləsinə zidd olsa da, sosial şəbəkələrdə təşviqat davam edir. Amma MSK buna göz yumur. Əslində, buna dekabrın 5-dən göz yumuruq…”.