XƏBƏR LENTİ

13 İyul 2020
12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

09 Fevral 2020 - 09:13

“Bu gün Azərbaycanda tarixi gündür” –MSK sədri

“Bu gün Azərbaycanda tarixi gündür”.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlament seçkilərində səsvermənin başlanması ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Pənahov qeyd edib ki, MSK KİV-in fəaliyyətinə xüsusi diqqət yetirir: “Yerlərdə olan qanun pozuntuları ilə bağlı məlumat almağımız üçün sizin fəaliyyətiniz əvəzedilməzdir. Bununla yanaşı, seçkiləri kifayət qədər çox sayda müşahidəçi də izləyəcək”.

MSK sədri qeyd edib ki, Məntəqə Seçki Komissiyası üzvlərinin əsas işi məntəqələrdə seçkinin gedişini normal təmin etməkdir: “Bu gün məntəqələrin əsas sahibi seçicilərdir. MSK seçicilərin konstitusion hüququndan istifadə edə bilməsi üçün çalışıb, onların azad səsverməsi üçün bütün şərait yaradılıb. Nə komissiyaların, nə də KİV-in seçicilərin bu hüququndan istifadə etməsinə mane olmaq hüququ var”.