“Azərbaycanda keçirilən seçkilərdə ilk dəfədir beynəlxalq müşahidəçi kimi iştirak edirəm”.
Bunu ATƏT Parlament Assambleyasının Avstriyadan olan müşahidəçisi Hafenecker Kristian deyib.
Onun sözlərinə görə, səsvermə bitənədək məntəqələrdə müşahidələr aparacaq: “Amma müşahidə aparacağım məntəqələrin dəqiq sayını deyə bilmərəm. Gün ərzində maksimum şəkildə daha çox məntəqədə olmağa çalışacağıq”.
Hazırda 16 saylı Yasamal ikinci seçki dairəsinin 19 saylı seçki məntəqəsində müşahidə aparan H.Kristian hələ seçkinin gedişi barədə fikir yürüdə bilməyəcəklərini, öz rəylərini sabah keçirəcəkləri mətbuat konfransında açıqlayacaqlarını söyləyib.
ATƏT Parlament Assambleyasının digər beynəlxalq müşahidəçisi Cederfelt Margareta da bildirib ki, seçkinin gedişatı barədə fikir bildirmək hələ tezdir: “Proses təzə başlayıb, günün sonunda rəy bildirə bilərəm”.
Qeyd edək ki, məntəqənin seçici siyahısında 971 nəfərin adı var. /Report