XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

09 Fevral 2020 - 10:09

“MSK-nın veb-kameralarının üzərinin bağlanması barədə deyilənlər əsassızdır” –Şöbə müdiri

8 saylı Binəqədi Birinci Seçki Dairəsinin bəzi məntəqələrdə kameraların üzərinin örtülməsi barədə məlumatlara Mərkəzi Seçki Komissiyası (MSK) münasibət bildirib.

MSK-nın Media və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib ki, bu məsələnin MSK-nın quraşdırdığı veb-kameralara heç bir aidiyyəti yoxdur: “Fotoda görünən təhlükəsizlik kameralarıdır. Əvvəllər də təhlükəsizlik kameraları ilə bağlı narazılıqlar olmuşdu. Bütün seçkilərdə təhlükəsizlik kameraları bağlanır. MSK-nın quraşdırdığı veb-kameraların üzərinin bağlanması barədə iddialar isə əsassızdır, bütün veb-kameralar hazırda aktivdir. Kim istəsə, veb-kameralar vasitəsilə seçkini müşahidə edə bilər”.