Azərbaycanda keçirilən parlament seçkilərində saat 10:00-dək olan seçici fəallığı açıqlanıb.
Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, 125 seçki dairəsi üzrə 5 573 seçki məntəqəsində seçici fəallığı bu saatadək 12.57% faiz olub.
O, səsvermə hüququna malik 5 milyon 329 min 460 nəfər seçicidən bu saatadək 670 086 nəfərinin səs verdiyini deyib.