XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

09 Fevral 2020 - 14:37

“Azərbaycan və Aİ arasında yeni saziş üzrə əsas məsələlər razılaşdırılıb” –Nazir müavini

“Uzun müddətdir ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında imzalanacaq yeni saziş üzərində intensiv iş aparılır”.

Bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini bildirib, saziş layihəsi ilə bağlı əsas məsələlər demək olar razılaşdırılıb.

“Saziş layihəsində razılaşdırılmamış bəzi məsələlər qalıb. Siyasi, təhlükəsizlik məsələləri tam razılaşdırılıb. Ticari-iqtisadi məsələlərə aid olan müddəalar isə dəqiqləşdirilməlidir. Bununla bağlı Azərbaycan hökuməti və Avropa Komissiyası arasında təmaslar davam etdiriləcək”, – deyə X. Xələfov qeyd edib. /APA