XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 February 2020 - 16:17

“Seçki qutusuna düz istiqamətdə baxmaq lazımdır” –Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov həmçinin bəzi seçki məntəqələrində qutuların şəffaf olmaması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

MSK sədri bildirib ki, seçki qutusuna düz istiqamətdə baxmaq lazımdır: “Bu, insanlarda niyə maraq doğurur ki? Qutuya düz istiqamətdən baxmaq lazımdır, görəcəksiniz ki, hamısı eyni cür görünür. Siz birinə qaranlıq tərəfdən, birinə işıqlı tərəfdən baxırsız, ona görə də fərqli görünür”.

M.Pənahov bildirib ki, bu saata kimi MSK-ya rəsmi şikayət daxil olmayıb:

“Seçki Məcəlləsinə görə, bu gün daxil olan şikayətlər dərhal baxılır. Amma o demək deyil ki, şikayət olmayacaq. Əlbəttə olacaq. Burada qəbahətli məsələ yoxdur”.