XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 February 2020 - 18:01

Saat 17.00-a olan seçici fəallığı açıqlandı:44.84 faiz

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən parlament seçkilərində saat 17:00-a olan seçici fəallığını açıqlayıb.

MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17.00-a qədər respublika üzrə 2 389 754  nəfər səs verib, seçici fəallığı 44.84 faiz olub.

Qeyd edək ki, Milli Məclisə seçkilərə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.

MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə növbəti – sonuncu məlumatı saat 19.00-da açıqlayacaq.