XƏBƏR LENTİ

19 Fevral 2020

Digər Xəbərlər

10 Fevral 2020 - 09:11

Türk PA missiyasının başçısı seçkilərin müşahidəsindən danışdı –"Əlamətdar dövrdə ölkəyə səfər etməkdən qürurlandıq"

“Azərbaycan vətəndaşlarını seçmək və seçilmək hüququ ilə tam təmin etdi. Biz əlamətdar dövrdə ölkəyə səfər etməkdən qürurlandıq”.

Bu barədə Türk PA-nın beynəlxalq müşahidə missiyasının başçısı, Türkiyə Böyük Millət Məclisinin deputatı İsmet Uçma bildirib.

“Texniki tərəfdən və insan amili nöqteyi-nəzərindən müşahidələr apardığımız seçki məntəqələrində səsvermə prosesində hər hansı pozuntular görmədik. İnsanların məntəqələrə sevinc hissi ilə səs verməyə, sanki bayrama gəlmələrini görmək çox həyəcanlandırıcıdır.

Bizim üçün həmçinin əhəmiyyətli amil namizədlərin maksimal sayda – 1500 nəfər olmasıdır. Bundan başqa, bunun 20-30%-nin qadın olması çox sevindiricidir. İnşallah, bu seçkilər ölkəni və onun gələcək nəsillərini sonrakı inkişaf üçün möhkəm bünövrə ilə təmin edəcək”, – o deyib.

O, həmçinin Azərbaycana seçkilərə dəvət və qonaqpərvərlik üçün minnətdarlığını bildirərək, bu halda iki ölkənin qardaşlığının və birliyinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. (report)