XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

10 Fevral 2020 - 10:45

“Azərbaycan və Çex Respublikasında keçirilən seçkilər arasında 4 fərq müşahidə etdim” –Beynəlxalq müşahidəçi

Çex parlamentinin Müşahidə Missiyası bu gün mətbuat konfransı keçirib.

Azərbaycanda parlament seçkilərini izləmiş Çex parlamentinin Müşahidə Missiyası bu gün mətbuat konfransı keçirib.

Deputatlar Palatasının üzvü Yaroslav Holik bildirib ki, seçkiləri 16 seçki məntəqəsində müşahidə edib: “Həm seçici siyahılarını yoxlamışıq, həm də seçki keçirilən məntəqələrin şəklini çəkmişik. Seçkilərin keçirilmə şəraitindən çox məmnun qalmışıq”.

Y. Holik qeyd edib ki, müşahidə zamanı öz ölkəsindəki seçkilərlə buradakı seçkilər arasında 4 fərq müşahidə edib: “Çexiyada seçkilər keçiriləndə seçki məntəqələrində seçicinin adı və soyadı olan siyahı olur. Seçici sadəcə adı soyadını bu siyahıda tapıb şəxsiyyət vəsiqəsini göstərdikdən sonra ora işarə qoyur. Azərbaycanda isə seçici öz imzası ilə səs verdiyini təsdiq etməlidir. Digər tərəfdən Azərbaycanda görmə məhdudiyyətli insanların da səsverməsinə şərait yaradılıb. Bu, məni sevindir. Bundan başqa, hər seçici məntəqəyə girəndə onun barmağı boyanır ki, 2-ci dəfə səs verə bilməsin. Öz fəaliyyətim zamanı bunu Kambocada da görmüşdün. Bu, çox düzgün addımdır”.

Y. Holik nəzərə çatdırıb ki, Çex Respublikasından 4 qrup müşahidəçi seçkiləri müşahidə etmək üçün gəlib.

Y. Holik Azərbaycanın Qarabağ problemi ilə bağlı deyib ki, bu gün Azərbaycan xalqı ayrılığa düçar olan xalqdır. Məsələn, Dağlıq Qarabağ. Bu, yaxşı hal deyil”. (apa)