XƏBƏR LENTİ

06 İyul 2020
05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

10 Fevral 2020 - 12:29

Sumqayıtdakı dairələrdə nə baş verir?-3 dairədən birində nəticə açıqlanmır, ikisində isə...

MSK-nın bu gün səhər açıqladığı siyahıda yer almayan 7 dairədən biri Sumqayıta aiddir.

Məlum olduğu kimi, 42 saylı Sumqayıt ikinci seçki dairəsinə aid heç bir rəsmi nəticə elan olunmayıb.

Xatırladaq ki, bu dairədən YAP-ın köhnə parlamentdə təmsil olunan namizədi Tahir Mirkişilinin yenidən mandat qazanacağı gözlənilirdi. “Exit-poll” da məhz onu qalib elan etmişdi. Ancaq nədənsə, bu dairənin nəticələri hələlik siyahıya salınmayıb.

Maraqlıdır ki, Sumqayıtdakı digər iki dairə ilə bağlı da məlumatlat natamamdır. Belə ki, Sumqayıta aid olan 41 saylı dairədəki 33 məntəqədən cəmi 11-nin, 42 saylı dairədəki 34 məntəqədən də yalnız 11-nin nəticələri dərc olunub. Bütünlükdə ölkə üzrə dairələrin böyük əksəriyyətində bu göstərici 100 faizə yaxın olduğu halda, Sumqayıtda nəticələri bilinən məntəqələrin sayı heç 30 faiz də təşkil etmir.

Xatırladaq ki, MSK-nın ilkin siyahısında 41 saylı dairədən 31 faiz səslə Hicran Hüseynovanın, 43 saylı dairədən isə 63 faiz səslə Emin Hacıyevin öndə olduğu göstərilir. (azpolitika.info)