XƏBƏR LENTİ

28 Fevral 2020

Digər Xəbərlər

10 Fevral 2020 - 17:28

“Namizəd vəkilinin ölməsi barədə hələlik konkret fikir bildirmək çətindir” –MSK-nın sədr müavini

“101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı hələlik konkret fikir bildirmək çətindir”.

Bunu jurnalistərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, bütün bu məsələlər araşdırılacaq:

“Bu barədə məlumatlar da ilk növbədə məhz KİV-lərə çatdırılacaq”.

Sədr müavini onu da qeyd edib ki, ümumilikdə seçki prosesi rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib:

“Ancaq neqativ hallar olmadan minlyonlarla insanın cəlb olunduğu prosesi təsəvvür etmək mümkün deyil. Ən vacibi hər hansı neqativ halın baş verib-verməməsi deyil. Vacib olan odur ki, hər hansı xoşagəlməz hal olanda ona addektav cavab reaksiyası göstərilsin, müvafiq tədbir görülsün. MSK da bu addımları atacaq”. (Report)