XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

10 Fevral 2020 - 17:41

“Ermənistanın işğalı seçkilərin keçirilməsinə mənfi təsir göstərir” –ATƏT müşahidəçisi

“Seçki administrasiyası resurslarla yaxşı təmin edilmişdi və qanunla müəyyən edilmiş müddətlərə riayət edirdi, Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) isə şəffaf fəaliyyət göstərmək üçün səy göstərdi və beynəlxalq müşahidəçilərin iştirakını alqışladı”.

Bunu ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının xüsusi koordinatoru Artur Gerasimov beynəlxalq müşahidəçilərin – ATƏT DTİHB, ATƏT PA və AŞPA-nın Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri üzrə müşahidələrinin nəticələrini əks etdirən ilkin hesabatını təqdim edərkən deyib.

ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının xüsusi əlaqələndiricisi seçkiləri müşahidə etmək üçün dəvətinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

O qeyd edib ki, ənənəvi KİV-də kampaniyanın ciddi şəkildə işıqlandırılmaması və cəmiyyətdə və televiziyalarda debatların olmaması cəmiyyətin diqqətinin az olmasının səbəblərindən biridir.

“Azərbaycan 25 ildən çoxdur ki, ərazilərinin 20%-dən çoxunun işğal edilməsindən əziyyət çəkir. Buna görə də Azərbaycanın bəzi bölgələrində səsvermə prosesini təşkil etmək mümkün olmadı”, – A.Gerasimov bildirib.

“Ermənistanla münaqişənin bu ölkədə seçkilərin təşkilinə təsirini yaxşı bilirəm və məcburi köçkünlərin seçkilərdə iştirakını təmin etmək üçün göstərilən səyləri yüksək qiymətləndirirəm”, – missiyanın xüsusi koordinatoru söyləyib.

Müşahidəçilər qeyd ediblər ki, beş həftə ərzində Azərbaycandakı seçkilər üzrə yekun hesabat hazır olacaq. (report)