XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

10 Fevral 2020 - 20:31

“Koronavirusla bağlı hər hansı iqtisadi narahatlığa əsas yoxdur” –Nazir

Koronavirusla əlaqədar hər hansı iqtisadi narahatlığa əsas yoxdur, büdcə mühafizəkar tərtib edilib və bütün mümkün ssenarilərə hazırıq.

Bunu Tbilisidə səfərdə olan Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, Azərbaycanda 2020-ci üzrə kifayət qədər sağlam proqnozlaşdırılma aparılıb.

“Bizim ölkəmizin iqtisadi proqnozları, büdcə proqnozları 2020-ci il üçün kifayət qədər  mühafizəkar tərtib edilib. Konservativ ssenarilər əsas olaraq götürülüb. Düşünürük ki, kifayət qədər sağlam proqnozlaşdırma həyata keçirmişik. Buna baxmayaraq, siz sual verdiyiniz mövzu barədə son fikirləri bildirmək məncə tezdir. Artıq virusun bir sıra iqtisadiyyatlara, ilk növbədə Asiya iqtisadiyyatına müəyyən mənfi təsirləri görünür. Bazarlara təzyiq var, amma mən hesab edirəm ki, biz tələskənliyə yol verməməliyik, vəziyyəti sadəcə olaraq izləməli, təhlil etməliyik. Dövlətin aidiyyəti strukturları tərəfindən bütün ssenarilər işlənilib və hər hansı bir narahatlığa əsas yoxdur”, – deyə M. Cabbarov bildirib. (apa)