XƏBƏR LENTİ

19 Fevral 2020

Digər Xəbərlər

11 Fevral 2020 - 12:03

Azərbaycan XİN:"Bütün iranlılara sülh və çiçəklənmə arzulayırıq”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İslam inqilabının 41-ci ildönümü münasibətilə İran rəhbərliyini təbrik edib.

Strateq.az-ın məlumatına görə, XİN-nin rəsmi  “Twitter” səhifəsində yayılan təbrikdə deyilir:

“İki ölkə arasında olan münasibətlər tarixən dostluq və mehriban qonşuluq mühitində yaşayan xalqların iradəsinə əsaslanıb. Bu gün biz İran İslam Respublikasının Milli Günü münasibətilə təbrik edir və bütün iranlılara sülh və çiçəklənmə arzulayırıq”.