“Ərzulla Buludlunun və Rəbiyyə Məmmədovanın xəsarət alması bağlı deyilənlər əsassızdır”.
Bu barədə Strateq.az-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, polisin təşəbbüsü ilə hər iki şəxs müvafiq həkim müayinəsindən keçirilib: “Onlarda hər hansı xəsarət faktı aşkarlanmayıb”.
Qeyd edək ki, dünən 18:00-dan başlayaraq bir qrup şəxs MSK-nın qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. MSK nümayəndələri ərazi polis orqanına müraciət edərək razılaşdırılmamış aksiyanın qarşısının alınmasını xahiş edib. DİN-dən verilən məlumata görə, əraziyə gələn polis əməkdaşları onları qanunun aliliyinə dəvət edərək, dağılışmalarını tələb edib: “Lakin aksiya iştirakçıları polisin qanuni tələb və xəbərdarlığına məhəl qoymayıb. Belə olan halda polis qanunsuz aksiyanın qarşısını alaraq, onları ərazidən uzaqlaşdırıb. Bu zaman polisə müqavimət göstərən bir nəfər şəxs saxlanılıb”.