XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020

Digər Xəbərlər

13 Fevral 2020 - 12:01

BMCMİ-dən genişmiqyaslı narkotik əməliyyatı: onlayn narkotik satan 27 nəfər həbs edildi + VİDEO

Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən rəhbərləri Türkiyə Respublikasında yaşayan və Azərbaycan ərazisində onlayn narkotik satan şəxslərə qarşı genişmiqyaslı əməliyyat tədbiri keçirilib.

Nazirliyin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, əməliyyat nəticəsində dəstənin İstanbul şəhərində yaşayan başçıları Ağayar Ağazadə və qohumu Orxan Ağayev daxil olmaqla ümumilikdə 27 nəfər şəxs həbs edilib.

Qeyd edək ki, Ağayar Ağazadə dəstə üzvləri arasında tanınmamaq üçün “Baba”, Orxan Ağayev isə “Orxan XX” kod adlarından istifadə edib.

Şəbəkə üzvlərinin törətdikləri cinayətlər haqqında ətraflı məlumat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Mətbuat Xidmətinin əməkdaşlarının real əməliyyat görüntüləri əsasında birgə hazırladıqları videomaterialda qeyd olunub.