XƏBƏR LENTİ

16 Fevral 2020
15 Fevral 2020

Digər Xəbərlər

13 Fevral 2020 - 18:03

MSK bu dairələrlə bağlı şikayətləri DSK-lara göndərdi – SİYAHI

Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədarbəzi dairələrdə baş verən pozuntularla bağlı müraciətləri araşdırmaq üçün müvafiq dairə seçki komissiyalarına göndərib.

Bu barədə bu gün MSK-nın iclasında qərar qəbul edilib.

Qərara əsasən, 10 saylı Binəqədi Üçüncü (lider namizəd Madər Musayev), 14 saylı Xəzər (lider namizəd Soltan Məmmədov), 15 saylı Yasamal Birinci (lider namizəd Ülvi Quliyev), 28 saylı Sabunçu Üçüncü (lider namizəd Eldar Quliyev), 42 saylı Sumqayıt İkinci (lider namizəd Tahir Mirkişili), 45 saylı Abşeron (lider namizəd Oqtay Əsədov), 50 saylı Abşeron-Qobustan (lider namizəd Şahin Seyidzadə), 60 saylı Salyan-Neftçala (lider namizəd Fəzail Ağamalı), 67 saylı Cəlilabad Şəhər (lider namizəd Malik Həsənov), 72 saylı Yardımlı-Masallı (lider namizəd Musa Qasımlı), 79 saylı İmişli (lider namizəd Razi Nurullayev), 81 saylı Beyləqan Seçki Dairəsi (Şahin İsmayılov), 90 saylı Ağdaş (lider namizəd Cavid Osmanov), 92 saylı Zərdab- Ucar (Jalə Əliyeva), 95 saylı Tərtər (lider namizəd Sahib Alıyev), 109 saylı Balakən (Nəsib Məhəmməliyev), 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd (lider namizəd  Elman Məmmədov) və 125 saylı Zəngilan-Qubadlı (lider namizəd İmamverdi İsmayılov) Seçki dairələri üzrə müraciətlər prosedura uyğun olaraq müvafiq dairə seçki komissiyalarına göndərilib.