XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

13 Fevral 2020 - 23:52

Azərbaycan Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Saziş təsdiqləndi –Fərman

Bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycan–AYİB Əməkdaşlıq Hesabı ilə əlaqədar Əməkdaşlıq Sazişinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmana əsasən, aşağıdakı məsələlər həll ediləcək:

1. Azərbaycan Respublikası Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycan–AYİB Əməkdaşlıq Hesabı ilə əlaqədar 2019-cu il noyabrın 22-də London şəhərində imzalanmış Əməkdaşlıq Sazişi təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Əməkdaşlıq Sazişi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əməkdaşlıq Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avropa Yenidənqurma və İnkişaf Bankına bildiriş göndərsin.