XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

14 Fevral 2020 - 09:43

Axtarışda olan 21 nəfər saxlanılıb –BŞBPİ

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də 34 cinayətin üstü açılıb.

Onlardan 7-si əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

İtkin düşmüş kim axtarışı elan olunan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.