XƏBƏR LENTİ

25 Fevral 2020
24 Fevral 2020

Digər Xəbərlər

14 Fevral 2020 - 13:37

Çindən təxliyə edilən Azərbaycan vətəndaşları sabah Bakıya yola salınacaqlar –Səfirlik

Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları sabah Ankarada Zekai Tahir Burak xəstəxanasından buraxılacaqlar.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan vətəndaşları xəstəxanadan buraxıldıqdan sonra sabah gün ərzində Bakıya yola salınacaqlar.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, Çinin koronavirus yayılan Uhan şəhərindən gətirilən 42 nəfərin 32-si artıq evə buraxılıb.

“6 Azərbaycan, 3 Gürcüstan, bir Albaniya vətəndaşı isə sabah xəstəxanadan evə buraxılacaqlar”, – deyə nazir qeyd edib.

Qeyd edək ki, onların 14 günlük karantin müddəti başa çatıb. Həmin şəxslərdə koronavirus aşkar edilməyib.

Xatırladaq ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşlarıdır. Ekipaj, texniki və tibbi heyət üzvləri ilə birlikdə təxliyə edilənlərin sayı 61 nəfərdir. Ekipaj, texniki və tibbi heyət üzvləri bundan əvvəl evə buraxılıblar. (apa)