XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

14 Fevral 2020 - 14:48

Badamdarda yenidən torpaq sürüşməsi olub –ETSN

Badamdar sürüşmə kütləsində üzərində uçqunlar baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, bu gün sürüşmənin üzərində 50 metr enində torpaq kütləsi 20 metr irəliyə doğru sürüşüb.

Hazırda sürüşmə sahəsində gərginlik qalmaqdadır.

Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb.