XƏBƏR LENTİ

12 İyul 2020
11 İyul 2020

Digər Xəbərlər

14 Fevral 2020 - 20:41

MSK sabah seçkilərlə bağlı daha bir neçə şikayətə baxacaq

Sabah – fevralın 15-də Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxacaq.

Bununla bağlı MSK-nın iclasında müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

– 80 saylı İmişli-Beyləqan seçki dairəsi – lider namizəd Çingiz Qənizadə

– 74 saylı Lənkəran kənd seçki dairəsi – lider namizəd Hadı Rəcəbli

– 35 saylı Xətai üçüncü seçki dairəsi – lider namizəd Rauf Arifoğlu

– 33 saylı Xətai birinci seçki dairəsi – lider namizəd Hüseynbala Mirələmov.