XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

14 Fevral 2020 - 22:59

Azərbaycandan bəzi tibbi ləvazimat və preparatların aparılmasına qadağa qoyuldu- QƏRAR

Yeni koronavirus (2019-nCoV) xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılması halları aşkar edilmişdir.

Trend-in məlumatına görə, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılması məhdudlaşdırılsın.

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

3. Bu Qərar 2020-ci il mayın 1-dək qüvvədədir.