XƏBƏR LENTİ

08 Aprel 2020
07 Aprel 2020

Digər Xəbərlər

15 Fevral 2020 - 20:34

“LG” və “Samsung” İran şirkətləri ilə əməkdaşlığı dayandırıb- Açıqlama

Koreya Respublikasının “LG” və “Samsung” şirkətləri İran firmaları ilə əməkdaşlıq əlaqələrini kəsib.

Bu barədə İran XİN-in rəsmi nümayəndəsi Abbas Müsəvi “Twitter” hesabında yazıb. O vurğulayıb ki, İran pis günündə onun yanında olanları heç vaxt unutmayacaq.

ABŞ-ın təzyiqlərindən qorxaraq İran bazarını tərk edən “LG” və “Samsung” şirkətlərinin bu bazara yenidən qayıdışı çox çətin olacaq.

Hazırda Tehran və digər şəhərlərdə fəaliyyət göstərən mağaza və ticarət mərkəzlərində “Samsung”la “LG” şirkətlərinin reklam lövhələri yığışdırılır. Televiziya və radioda bu şirkətlərin reklamına qadağa qoyulub.