XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

15 Fevral 2020 - 21:11

Ərdoğanla Tramp telefonda danışıb – Suriya və Liviyadakı vəziyyətlə bağlı müzakirə aparılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ədoğanla ABŞ Prezidenti Donald  Tramp arasında telefon danışığı olub. 

Türkiyə mətbuatı xəbər verir ki,  telefon söhbətində ikitərəfli əlaqələrlə yanaşı, regional məsələlər də müzakirə olunub.

Hər iki lider Suriyanın şimalında, İdlibdə baş verən hərbi əməliyyatlar zamanı dinc insanların qanının tökülməsinin yolverilməz olduğunu bildiriblər, bölgədə yaranan böhranın aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparıblar.

Telefon söhbətində Liviya mövzusu da müzakirə olunub.

Prezidentlər həmçinin iki ölkə arasında qarşılıqlı ticarət həcminin 100 milyard dollara qaldırılması istiqamətində danışıqlar aparıblar/APA.