XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

16 Fevral 2020 - 14:32

DİN-dən İlqar Məmmədovun saxlanılması xəbərinə reaksiya:"Heç kəs gətirilməyib"

“Bu gün MSK-nın binası önündə saat 15:00-a gözlənilən razılaşdırılmamış aksiyaöncəsi REAL partiyasının sədri İlqar Məmmədovun, D18 hərəkatının rəhbəri Ruslan İzzətlinin və bir neçə fəalın polis tərəfindən saxlanılmaları barədə məlumatlar reallığı əks etdirmir, çünki hazırkı ana qədər paytaxtdakı polis idarələrinə və bölmələrinə heç kəs gətirilməyib”. 

Bunları Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

“Ola bilər, profilaktiki tədbirlər zamanı kimlərsə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu da onların saxlanılması anlamına gəlməməlidir.

Yeri gəlmişkən, xatırladım ki, dünən xəbər verdiyimiz kimi, razılaşdırılmamış istənilən aksiyanın baş tutmasına imkan verilməyəcək və qarşısı polis tərəfindən alınacaq”, – deyə o, qeyd edib/Report.