XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

16 Fevral 2020 - 19:13

“İkili standartlara görə Qərbə etibar edənlər azalır” –Mövlud Çavuşoğlu

“Qərb ölkələri qlobal siyasətə təsirlərini itirirlər, ikili standartlara görə onlara etibar edənlərin sayı azalır”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

“Qlobal dünya sistemində Qərbin çəkisi və təsiri azalmaqdadır. Yalnız özünə bağlılıq mövcuddur, fikir birliyi yoxdur. Qərbin təsirinin azalmasının ikinci səbəbi özünün irəli sürdüyü prinsipləri – demokratiya, insan haqlarını məhv etməsidir. İslamofobiya və ikili standartlar siyasəti görünməyə başladı və buna görə də Qərb siyasətinə inam da azalır”.

Nazir qeyd edib ki, Asiya qlobal iqtisadiyyatın yarısını idarə etdiyi üçün güclənməyə doğru hərəkətə edir: “Bu baxımdan Qərbin siyasətini yenidən nəzərdən keçirmək lazımdır”.