XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

17 Fevral 2020 - 11:38

Bakı-Quba-Rusiya sərhədi avtomobil yolu iki hərəkət zolağı enində genişləndirilir –AAYDA

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri sürətlə və keyfiyyətlə davam etdirilir.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Agentliyi tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol iki hərəkət zolağı enində genişləndirilir.

“Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan aparılır. Layihə boyu hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələrin qazılıb çıxarılıb. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılıb. Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilir, kənarlarında istinad divarı inşa edilir”, – deyə A. Nəcəfli qeyd edib.