Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub.
Bu barədə müvafiq əmri Ədliyyə naziri Fikrət Məmmədov imzalayıb.
Əmrə əsasən, İlqar Cəfərov nazirliyinin Katibliyinin rəisi vəzifəsinə təyinat alıb.
Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib/Oxu.az.
Qeyd edək ki, İ.Cəfərov bundan əvvəl Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsində çalışıb. Onun həmin vəzifədən azad olunması haqda bu gün rəsm xəbər yayılıb.