XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

18 Fevral 2020 - 10:05

Dövlət Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi:"Yanğın 900-1000 kv. metr ərazini əhatə edib"

“Yanğın haqqında məlumat səhər saat 07:39-da daxil olub”. 

Bu sözləri Dövlət Yanğından Mühafizə İdarəsinin Qərargah rəisi Əkbər Novruz bildirib.

O deyib ki, dərhal ərazi üzrə Qaradağ rayon Yanğından mühafizə idarəsinin əməkdaşları yanğın yerinə cəlb olunub: “İkinci dərəcəli yanğın elan olunub. Yanğın bir saata yaxın davam edib. 23 texnika və 125 canlı qüvvə yanğının söndulməsinə cəlb olunub. Yanğın 900-1000 kv. metr ərazini əhatə edib. Yanğın tam söndürülüb. Soyutma işləri aparılır. Yanğının səbəbi məlum deyil. Hazırda araşdırma aparılır”. /APA