XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

18 Fevral 2020 - 19:38

Trampın yeni rəqibi seçki yarışına qatıldı –Maykl Blumberq kimdir?

ABŞ-ın tanınmış siyasət və iş adamı Maykl Blumberq (Michael Bloomberg) sabahdan etibarən prezident seçkiləri ilə bağlı yarışa qoşulur.

CNN xəbər verir ki, “Bloomberg L.P.” maliyyə, proqramlaşdırma, data və media şirkətinin sahibi olan M.Blumberq çərşənbə günü Las-Veqasda keçiriləcək Demokatlar Partiyasının prezidentlik müzakirələrində iştirak edəcək.

2002-2013-cü illərdə Nyu-York bələdiyyəsinin başçısı olmuş Blumberqə son məlumata görə, ölkə seçicilərinin 19%-i rəğbət bəsləyir.

M.Blumberqin kampaniyasının meneceri Kevin Şiki namizədinin başqa demokrat namizədlərlə birlikdə Donald Trampı məğlub edərək ölkəni birləşdirmək üçün ən sərfəli namizəd olduğunu bildirib: “Ölkənin üzləşəcəyi problemlərlə bağlı işlək planları müzakirə etmək fürsəti kampaniya prosesinin mühüm parçasıdır”.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu il noyabrın 3-də keçiriləcək/Report.