XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

18 Fevral 2020 - 21:05

Avropa İttifaqının rəsmisi Paşinyanla görüşdü:"Həmsədrlərin Qarabağ münaqişəsinin həllinə dair səylərini dəstəkləyirik"

Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Yerevanda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirə aparıblar.

“İnterfax” xəbər verir ki, görüş zamanı həmçinin Ermənistanla Aİ arasındakı münasibətlərdən də bəhs edilib.

Eyni zamanda Aİ nümayəndəsi Ermənistanın müdafiə naziri David Tonoyanla da görüşüb. T.Klaar görüşdə bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini tam şəkildə dəstəkləyir və bu formatdakı danışıqların fəallaşmasına töhfə verməyə hazırdır/Report.