XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 February 2020 - 11:02

Bakı polisi “Əsgərə salam” aksiyasına qoşuldu –FOTO

Paytaxt polisi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yanvarın 17-də start verdiyi “Əsgərə salam” aksiyasına qoşulmaqla Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirir.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən Strateq.az-a bildirilib ki, soyuq səngərlərdə əldə silah düşmənlə üz-üzə dayanan, öz xidməti vəzifəsini və vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirən hərbçilərimizin qəlbinə hərarəti, xalqımızın sevgisi və etibarı, dövlətimizin gücü və qüdrəti verir.