“MSK-nın şikayətlərə baxmaması ilə bağlı iddialar gülməlidir”.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, bu onlar üçün qeyri-adi iraddır: “MSK daxil olan bütün şikayətlərə baxmaqda maraqlıdır. Heç bir namizəd şikayətlərə baxmamağımızla bağlı cəmiyyətə yalan məlumat verməməlidir. Sağlam, düzgün adam yalan informasiyanı niyə yaysın?”.
APA