XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

14 May 2015 - 10:05

“Bir daha gördük ki,…” – Prezident İlham Əliyev

“Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm mərhələ olacaq. Keçən il mən Vyetnama dövlət səfərimi etmişəm. Səfər çox uğurlu keçib. Mənə göstərilən qonaqpərvərlik heç mənim yadımdan çıxmaz. Hesab edirəm ki, bir il ərzində artıq sizin Azərbaycana səfəriniz onu göstərir ki, bizim aramızda inkişafda olan əlaqələr çox intensiv xarakter daşıyır”.

Trend-in AzTV-yə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Vyetnam Sosialist Respublikasının Prezidenti çıonq Tan Şanqla birgə mətbuata bəyanatında deyib.

Prezident deyib ki, bu gün onlar ikitərəli əlaqələrin müxtəlif sahələrini geniş şəkildə müzakirə ediblər: “Bir daha gördük ki, bir çox məsələlərlə əlaqədar bizim mövqeyimiz üst-üstə düşür. İlk növbədə, hər iki tərəf ikitərəfli əlaqələri genişləndirmək fikrindədir. İlk növbədə siyasi əlaqələrimiz inkişaf edəcək. Hazırda siyasi əlaqələr çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər bunu təsdiqləyir. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində də çox uğurla əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu gün aparılan danışıqlar nəticəsində qərara gəldik ki, gələcəkdə də bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. Bu, çox önəmli məsələdir. çünki bu, ikitərəfli əlaqələrin yüksək səviyyəsini əyani şəkildə göstərir”.