XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

20 Fevral 2020 - 14:57

DTX-dən NEFTÇALA RAYON İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT –Xüsusi təyinatlılar binaya daxil olub, saxlanılanlar var + Rəsmi məlumat

Dövlət Təhlükəsizlik Xidməti (DTX) Neftçala İH-də əməliyyat keçirilməsi haqda yayılan xəbərlə bağlı açıqlama yayıb.

Strateq.az xəbər verir ki, açıqlamada Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirlərinin həyata keçirildiyi bildirilib:

“Araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir”. 

***

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir. 

Bu barədə haqqin.az-ın bölgə müxbiri məlumat verib.

Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlıların olduğu dörd “Cip” (Jeep) gəlib.

DTX binanın girişində xüsusi yoxlama məntəqəsi qurub. Binaya giriş qadağan edilib.

APA-nın məlumatına görə, əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.

Hələlik rəsmi qurumlar əməliyyat barədə məlumat yaymayıb.

Xatırladaq ki, hazırda Neftçala rayon İcra Hakimiyyətinə İsmayıl Vəliyev rəhbərlik edir. O, bu vəzifəyə 2011-ci ildə təyin edilib. Bundan əvvəl isə 2005-ci ildən Qobustan rayon İcra Hakimiyyətinin başçısı olub.