XƏBƏR LENTİ

10 İyul 2020
09 İyul 2020

Digər Xəbərlər

21 Fevral 2020 - 14:28

Ukrayna Ali Radası “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib –Səfirlik

Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib.

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, hakim “Xalqın xidmətçi” partiyasının deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi müzakirə edilmədən geri qaytarılıb.

“Fevralın 14-də qeydə alınan qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması təxirə salınıb”, – deyə səfirliyin məlumatında qeyd olunub. (APA)