XƏBƏR LENTİ

15 İyul 2020
14 İyul 2020

Digər Xəbərlər

21 Fevral 2020 - 15:59

AVRO-2020:37 min şəxs könüllülük üçün müraciət edib

UEFA Avropa çempionatı üçün müraciət edən könüllülərin sayını açıqlayıb.

Qurumun rəsmi “Facebook” səhifəsi xəbər verir ki, AVRO-2020 üçün 159 ölkədən 37 min könüllünün müraciət etdiyi bəlli olub. Bu isə 2016-cı ildə Fransada keçirilmiş yarışdan 15 min çoxdur.

Bildirilib ki, artıq 12 min könüllü qeydiyyata alınıb. Könüllülük üçün müraciət edənlərin 18 faizi Bakıdan olub. Növbəti sıralarda Rusiyanın Sankt-Peterburq şəhəri (16 faiz), İngiltərənin paytaxtı London (10 faiz) qərarlaşıb. İlk “5-liy”i İtaliyanın paytaxtı “Roma” (10 faiz) ilə Macarıstanın paytaxtı Budapeşt qapayır.

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels – İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. (Report)