XƏBƏR LENTİ

29 Mart 2020
28 Mart 2020

Digər Xəbərlər

21 Fevral 2020 - 17:37

Yeni tikilən binaların ərazisinin 25 faizində yaşıllıq salınmasına dair tələb qoyulur –Nazirlik

“Yeni tikilən binaların ərazisinin 25 faizində yaşıllıq salınmasına dair icraçı qarşısında tələb qoyulur”.

Bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov deyib.

O qeyd edib ki, Dövlət Ekspertiza İdarəsində ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi və ictimaiyyətin məlumatlandırılması məqsədilə ötən ildən başlayaraq ictimai dinləmələr keçirilir: “İctimai dinləmələrdə layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, aidiyyəti ekspert-mütəxəssislər iştirak edir və idarəyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunur. Əhali üçün maraq kəsb edən məsələlərə diqqət yetirilir, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinlənilir”.

M.Qəmbərov bildirib ki, bütün ekoloji layihələrə yalnız ictimai dinləmələrdən, maraqlı tərəflərlə müzakirələrdən sonra rəy verilir: “Nazirlik sahibkarları da başa düşür və onların işlərinin gecikməsinin tərəfdarı deyil. Lakin bu məsələdə fərdi deyil, kompleks yanaşma olmalıdır. Nazirlik olaraq ağacların, yaşıllıqların mühafizəsi bizim üçün əsasdır”. O vurğulayıb ki, nazirlik sahibkarlara yeni inşa etdikləri binaların həyətində yaşıllıq salmaları üçün ağaclar verməyə də hazırdır. Onun sözlərinə görə, bəzən layihə verilərkən oradakı yaşıllıqların gizlədilməsi hallarına da rast gəlinir: “Qeyd edim ki, növbəti ictimai dinləmədə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması ilə bağlı təqdim olunan layihələr də müzakirəyə çıxarılacaq. İctimai dinləmə ötən həftə Gəncə şəhərində keçirilib və respublikanın digər bölgələrində də keçirilməsi nəzərdə tutulur”. (apa)