XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

23 Fevral 2020 - 11:52

“İrana səfərlərdən imtina etməyi xahiş edirik” –Gürcüstan XİN

Gürcüsan Xarici İşlər Nazirliyi (XİN)  ölkə vətəndaşlarına İranda yeni tip koronavirus (Covid-19) yayılması ilə əlaqədar bu ölkəyə səfərdən imtina etməyi tövsiyə edib.

Bu barədə məlumat bu gün Gürcüstan XİN-nin saytında yerləşdirilib.

Gürcüstan XİN bildirir ki, İranda koronavirus fevralın 19-da aşkarlanıb, ölkədə 28 nəfər bu xəstəliyə yoluxub, 6 nəfər ölüb: “Vəziyyəti nəzərə alaraq, İrana səfərlərdən imtina etməyi xahiş edirik”.

Gürcüstan XİN ölkənin İrandakı səfirliyində “qaynar xətt” yaradıldığını da nəzərə çatdırıb. /APA