XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 February 2020 - 17:33

Türkiyə də İranla sərhədi bağladı –Koronavirusa görə

Türkiyə koronavirusla əlaqədar İranla sərhəd-keçid məntəqələrini müvəqqəti bağlayıb.

Bunu bu gün Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

 Qoсa deyib ki, bu gün yerli vaxtla saat 17.00 etibarı ilə sərhəd-keçid məntəqələri müvəqqəti bağlanıb, İrandan Türkiyəyə avtomobil və qatarların hərəkəti dayandırılıb. Türkiyədən İrana səfərlər isə davam edəcək.

İran və Türkiyə arasında təyyarə uçuşları isə bu gün saat 20.00-dan dayandırılır və İrandan Türkiyəyə təyyarə qəbul edilməyəcək.

Qeyd edək ki, İranda koronavirusla bağlı ölənlərin sayı 8 nəfərə çatıb.

Türkiyədən başqa, İraq, Pakistan və Türkmənistan da İranla sərhədlərini bağlı elan edib.