XƏBƏR LENTİ

05 Aprel 2020
04 Aprel 2020

Digər Xəbərlər

23 Fevral 2020 - 18:55

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi –Baş vermiş zəlzələ ilə əlaqədar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Məktubda deyilir:

Hörmətli cənab Prezident, Əziz Qardaşım,

Bu gün baş vermiş zəlzələnin Vanda insan tələfatına və dağıntılara səbəb olmasından çox kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!